Xoş gəlmisiniz!

Unial Memarlıq və İnşaat Şirkəti, 20 illik müxtəlif memarlıq və inşaat layihələrində əldə etdiyi təcrübənin nəticəsi olaraq, 2006-cı ildən korporativ fəaliyyətə başlamışdır. Şirkətin əsas fəaliyyət istiqaməti fərdi yaşayış evlərinin- villa və kotteclərin layihələndirilməsi, tikilməsi və interyer dizaynının aparılması sahəsində cəmlənmişdir. Bununla yanaşı ticarət və turizm obyektlərinin layihələndilirlməsi, tikilməsi və interyer dizaynı da şirkətin fəaliyyətlərində xüsusi yer tutur.

Fəlsəfə

Şirkət həyata keçirdiyi bütün layihələrdə aşağıdakı qaydalara riayət edir.

Rəqabət üstünlüyü

Unial Memarlıq və İnşaat Şirkətinə, fəaliyyət göstərdiyi sahələrdə rəqabət üstünlüyü verən əsas amil, onun sahib olduğu özünəməxsus və təkrar olunmaz memarlıq uslubudur. Şirkət layihələrində milli ornamentlərlə modern memarlıq sənətinin bütün incəliklərini özündə cəmləşdirən üslubu ilə istehlakçı istək və arzularını birləşdirir.

Şirkət, eyni zamanda memarlıq və inşaat sahəsində baş verən bütün yenilikləri yaxından izləyərək, ortaya çıxan yeni metod və texnologiyaları, istər layihələndirmə və istərsə inşaat mərhələsində tətbiq edir.

Xidmətlərimiz

MÜHƏNDİSLİK
TİKİNTİ VƏ KONSTRUKSİYA
MEMARLIQ VƏ DİZAYN